Bakıda 4 nəfər intihar etmək istədi - FHN əməkdaşları xilas etdi

Bakı şəhərinin Səbail rayonunda 4 nəfər qazanxananın tüstü bacasına çıxaraq intihara cəhd ediblər.

"AzPolitika"nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadla məlumatına görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşlarla aparılan psixoloji söhbətlər nəticəsində onlar özlərinə qəsd etmək fikrindən daşınıblar.

Əməliyyat başa çatıb.

635x100

Şərhlər

t.ədalət 2018-08-15 22:49:52

İntihar etmək istəyənlər öz adlarını lənət kitabına yazdırmaq istəyənlərdir.Onlara mane olmağa dəyməz.

Son yazılar