Britaniya HHQ Rusiyanın 6 uçağını «tutub» - Qara dəniz üzərində

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Böyük Britaniya hərbi-hava qüvvələri (BB HHQ) çərşənbə günü Qara dəniz üzərində, NATO sərhədləri yaxınlığında Rusiyanın 6 taktiki-bombardmançı Su-24 təyyarəsini «tutub».

Britaniya HHQ-nin çərşənbə günü yaydığı xəbərdə deyilir ki, Rusiya bombardmançılarını «tutmaq» üçün avqustun 13-də Böyük Britaniya HHQ-nin Rumıniyada dislokasiya olmuş «Eurofighter Typhoon» qırıcıları havaya qalxıb.

Xəbərdə deyilir ki, Britaniya qırıcıları yaxınlaşan zaman, Rusiya HHQ-nin təyyarələri Krım yarımadasına doğru səmt götürüblər. Britaniya HHQ onu da qeyd edir ki, insidentdən bir gün əvvəl, gecə saatlarında sözügedən rayonda Rusiya hərbi aviasiyasının fəallığı müşahidə olunub.

Rumıniyanın «Mixail Kogelniçanu» aviabazasında Britaniyanın cəmi 4 «Typhoon» təyyarəsi dislokasiya olub. Onlardan neçəsinin insidentdə iştirak etdiyi açıqlanmır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar