Cənubi Koreyada istilər faciələrə yol açdı - 48 nəfər öldü
Baxiş sayı:
Dərc olunub:
15/08/2018 - 23:16
Cənubi Koreyada 25 gündür ki, davam edən şiddətli istilər nəticəsində 48 nəfər ölüb.
Trend-in məlumatına görə, paytaxt Seuldan 85 kilometr şərqdə yerləşən Honçhon əyalətində temperatur 41 dərəcəyədək qalxıb. Bu, ölkə tarixində qeydə alınan ən yüksək temperatur olub.
Ümumilikdə istidən 4,1 min nəfərin əziyyət çəkdiyi məlumat verilib. Paytaxt Seulun özündə 600-ə yaxın adam şiddətli istilərlə əlaqədar xəstəxanalara müraciət edib.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.