«Ukrayna Azov dənizini itirə bilər» - Amerikalı ekspert

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, «Ceymstaun» fondunun prezidenti Qlen Hovard bəyan edib ki, əgər Ukrayna ləngimədən fəaliyyətə keçməsə, Azov dənizini tam olaraq itirə bilər.

«Bu, demək olar, gecdir. Sizin «Gürzə»niz və Odessa limanında artilleriya katerləriniz var. Onları treylerlərə yerləşdirib, quru yolla Azov sahillərinə gətirin. Ancaq sizin belə treylerləriniz yoxdur. Hökumət onların satın alınmasına pul xərcləmək isiəmir» - deyə, Hovard bildirib.

Bununla bərabər, ekspert bəyan edib ki, Ukrayna təkbaşına Rusiyanın dənizdən hücumunun qarşısını ala bilməz.

«Berdyanskı qoruyun, Birləşmiş Ştatlarla danışın, yüksək səviyyədə görüş üçün razılıq alın. Ona görə ki, Rusiynın hərbi-dəniz qüvvələri öz silahlarını sizin sahillərdə yerləşdirəcəyi halda, Ukrayna ordusu onları artilleriya ilə darmadağın edə bilməyəcək» - deyə, amerikalı ekspert çağırış edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar