«Kaspiyskdə HDD bazasının tikilməsi vacibdir» - Şoyqu

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasının (RF) müdafiə naziri Sergey Şoyqu bəyan edib ki, Dağıstanın Kaspiysk şəhərində tam fəaliyyət qabiliyyətli hərbi-dəniz donanması bazası yaradılacaq.

«Kaspiyskdə mühəndis, naviqasiya-hiroqrafik və material-texniki təchizat sistemləri olan hərbi-dəniz bazası yaradılmalıdır» - deyə, «İnterfaks» agentliyi Şoyqudan sitat gətirir.

Nazir qeyd edib ki, burada vacib məsələ təmirin təşkili və Xəzər flotiliyası gəmilərinə servis qulluğunun təşkilindən ibarət olacaq. Eyni zamanda, bölgədə gəmi təmiri güclərinin artırılması da nəzərdə tutulur.

635x100

Şərhlər

t.ədalət 2018-08-16 00:35:49

Rusiya burda HDD-nı,hamıya bəllidir ki,ancaq və ancaq,lazım gələndə Azərbaycanın əleyhinə istifadə etmək üçün yaradır.

Abit 2018-08-16 00:35:49

Menasızdı,son yaxınlaşır

Son yazılar