"Barselona" "Boka Xuniors"a qalib gəlib kubok qazandı
Baxiş sayı:
Dərc olunub:
15/08/2018 - 23:55
"Barselona" klubun qurucusu Joan Gamberin xatirəsinə keçirilən Gamber kuboku çərçivəsində "Boka Xuniors"la (Argentina) qarşılaşıb.
Qol.az-ın məlumatına görə, matç Kataloniya klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
"Barselona" - "Boka Xuniors" - 3:0
Qollar: Malkom, 18, Messi, 39, Rafinya, 67
Bununla da, "Barsa" bu yarışı tarixində 41-ci dəfə qazanıb.
Qeyd edək ki, Gamber kuboku 1966-cı ildən keçirilir.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.