Salyan sakininin həyətindən 166 ədəd çətənə kolu aşkarlanıb

Dərc olunub: 16/08/2018 - 00:52

f829ea3e-de9e-4171-af89-e510b8043086_292Salyanda rayon sakininin həyətindən külli miqdarda narkotik aşkarlanıb.

“Report”un Aran bürosu xəbər verir ki, daxil olmuş məlumat əsasında Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməlyyat-axtarış tədbirləri həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nətisəsində Salyan şəhər Məhərrəm Dadaşov küçəsində yaşayan, əvvəllər məhkum edilmiş, 1970-ci il təvəllüdlü Abdullayev Elvin Fəxrəddin oğlu şübhəli şəxs qismində saxlanılıb. Onun özünün və hal şahidlərinin iştirakı ilə həyətyanı sahəsinə baxış keçirilərkən aqrotexniki qaydada becərilmiş, hər birinin hündürlüyü 2-2,5 metr olan 166 ədəd narkotik xassəli çətənə kolu aşkarlanıb. Bundan başqa həmin evin giriş qapısının ətrafında 2 ədəd kisədə qurudulmuş marixuana, eyni zamanda yaşadığı fərdi evə baxış keçirilən zaman oradan 23 ədəd kibrit qutusunun içərisində çətənə bitkisinin toxumları və 1 ədəd tiryəkə oxşar narkotik maddə aşkar edilərək götürülüb.

Çətənə kolları kökündən çıxarılaraq qablaşdırılıb və digər narkotik vasitələlə birlikdə maddi sübut kimi götürülərək polis şöbəsinə aparılıb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.


loading...




Fikrinizi bildirin