"Türkiyə amerikalı rahibi Gülənlə dəyişdirə bilər" - Dövlət Baxçalı

"ABŞ Ankaraya Fətullah Güləni təhvil versə, Türkiyə Vaşinqtona terrorçuluqda ittiham olunan amerikalı rahib Endryu Bransonun verilməsi məsələsinə baxa bilər".

“Anadolu” xəbər verir ki, belə bəyanatla Türkiyənin Millətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı çıxış edib.

Müxalifətin əsas simalarından biri qeyd edib ki, Türkiyədə 2016-cı ildə dövlət çevrilişinə cəhdin arxasında bu gün türk lirəsini süquta uğratmaq istəyən qüvvələr dayanırdı.

“Açıq deyirəm: Türkiyədə iqtisadi böhrandan söhbət gedə biulməz. Türkiyə iqtisadiyyatı təcavüzə məruz qalıb”, - Baxçalı deyib.

Siyasətçi Türkiyə hökumətinin ABŞ-a qarşı cavab sanksiyalarını dəstəklədiyini də bildirib.(virtualaz)

635x100

Şərhlər

R-n 2018-08-16 01:01:43

Niye Turkiye bu telebi vermir?Eyer bu ...keshish onlarin ic uzunu acirsa,Gulen xanim da etdiklerine cavab vermelidir...Halal olsu Erdogan beye.Kecen defe geceni,cevrilish cehdinde "yatmayan" oglan,nese dinmir...

Son yazılar