Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib

Nazirlər Kabineti “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasının tərkibi haqqında” qərarında dəyişiklik edib.

Bununla bağlı qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliklə Kənd Təsərrüfatı Nazirliyinin kollegiya üzvlərinin sayı 13-dən 15-ə çatdırılıb.

Kollegiyanın sədri kənd təsərrüfatı naziri İnam Kərimovdur.

Kollegiyanın üzvləri isə kənd təsərrüfatı nazirinin müavinləri, Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri, Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri, Aqrar Universitetin rektoru, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin rəisi, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi, Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin rəisi, Kənd Təsərrüfatı Nazirliyinin Aparatının bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri, Kənd Təsərrüfatı Nazirliyinin Aparatının heyvandarlığın təşkili və identifikasiyası şöbəsinin müdiri və Kənd Təsərrüfatı Nazirliyinin Aparatının hüquq şöbəsinin müdiridir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar