Bu il Azərbaycanda qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb

Azərbaycanda ölüm sayı azalıb.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, 2018-ci ilin birinci yarısında ölkədə 29292 ölüm halı qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1-dən 6,0-a qədər azalıb.

Bildirilib ki, 2018-ci ilin altı ayı ərzində qeydiyyat şöbələrində 27525 nikah qeydə alınıb. Qeyd olunan dövrdə qeydiyyat şöbələrində 7219 boşanma halları qeydə alınıb. Bu da əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar