«TRAMPIN SƏBRİNİ SINAĞA ÇƏKMƏYİN!» – ABŞ-ın vitse-prezidenti Ərdoğanı yenə hədələdi

Dərc olunub: 16/08/2018 - 15:18

pens

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) vitse-prezidenti Mayk Pens Türkiyəyə «Trampın səbrini sınağa çəkməyin» çağırışı edib və pastor Endryü Bransonun azadlığa buraxılmasını istəyib.

«Pastor Endryü Branson – Türkiyədə saxlanılan günahsız insandır. Prezident və mən, pastor Branson azadlığa buraxılana, öz ailəsinə və ABŞ-da kilsəyə qayıdana qədər öz qəti mövqeyimizdə qalırıq» – deyə, Pens öz «Tvitter»ində yazıb.

Bununla bağlı o, bəyan edib ki, «Türkiyə Prezident Trampın səbrini sınağa çəkməməli idi. Tramp başqa dövlətlərdə ədalətsiz olaraq həbsdə saxlanan amerikalıların ABŞ-a qayıtmasına nail olmaq niyyətindədir».

Belədirsə, o zaman soruşmaq lap yerinə düşərdi: Bəs, mister Tramp Türkiyənin istəyinə rəğmən, Fətullanı nə üçün Türkiyəyə vermədi? Məgər, Tramp «göydən səbətlə düşüb?» Beynəlxaq qanunlara, imzalanmış dövlətlərarası sənədlərə əməl etmək lazımdır, kiminsə səbrindən danışmaq yox!

Açıq-aydın görünür ki, Trampı «idarə edənlər» İkinci dünya müharibəsindən sonra bərqərar olmuş dünya düzənini dağıtmaq yolunu tutublar və böyük ehtimalla, bu siyasət ABŞ adlı dövlətin təklənməsi ilə nəticələnəcək…


loading...




Fikrinizi bildirin