Narkotik vasitələrin satışı ilə məşğul olan ata və oğul tutulub

Dərc olunub: 16/08/2018 - 16:27

din_mvd_azerbaijan_140118Astara rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan ata və oğul tutulub.

Bu barədə “Report”un Cənub bürosuna DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.

Belə ki, Astara RPŞ-yə rayonunun Şiyəkəran kənd sakinləri Habil Yusifov və oğlu Xaliq Yusifovun İran İslam Respublikasında əldə etdikləri külli miqdarda narkotik vasitələri ölkə ərazisinə keçirərək satışı ilə məşğul olmaları barədə məlumat daxil olub.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində H.Yusifov və X.Yusifov Astara sərhəd gömrük keçid məntəqəsindən keçdikdən sonra Astara şəhəri, Azərbaycan küçəsində saxlanılıb. Həkim briqadası ilə birgə keçirilən baxış zamanı H. Yusifovun daxili orqanlarından gömrük nəzarətindən gizli yolla ölkə ərazisinə gətirdikləri 2 bükümdə ümumi çəkisi 50 qram olan narkotik vasitə olan heroin və 1 büküm də 11 ədəd metadon dərman preparatları aşkar edilərək götürülüb.

Faktla bağlı Astara RPŞ-nın İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.


loading...




Fikrinizi bildirin