Putin və Paşinyan qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər

Dərc olunub: 16/08/2018 - 17:13

ef9502e2-1451-4aaa-b7ef-b64a46542f27_292Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Kremlin məlumatında deyilir.

“İkitərəfli gündəliyin bəzi aktual məsələləri, eləcə də ümumi inteqrasiya birliklərində, o cümlədən KTMT çərçivəsində qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib”, – Kremldən bildiriblər.

Qeyd edək ki, danışıqlar Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.


loading...




Fikrinizi bildirin