Sabirabad sakini intihar edib

Dərc olunub: 16/08/2018 - 18:16

29968bc3-d5ed-4d25-98c0-1853e322602d_292Sabirabad rayonunda 32 yaşlı kişi intihar edib.

“Report”un Mil-Muğan bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Qaratoğay kəndində baş verib.

Belə ki, həmin kəndin sakini,1986-cı il təvəllüdlü Rəşad Əflatun oğlu Mürsəlov yaşadığı evdən 200 metr aralıda, pay torpağında özünü ağacdan asaraq intihar edib. R.Mürsəlovun hansı səbəbdən İntihar etməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


loading...




Fikrinizi bildirin