ATƏT nümayəndələri əraziyə buraxılmadı - Video

Onlar missiyalarını yerinə yetirmədən geri dönmək məcbüriyyətində qalıblar

ATƏT nümayəndələri təyyarənin qəzaya uğradığı əraziyə buraxılmayıb.

ANS TV-nin məlumatına görə, Beynəlxalq müşahidəçilər qalıqların olduğu yerə yaxınlaşsalar da, nəzarət-buraxılış məntəqələrindən birində Rusiyayönümlü qüvvələr tərəfindən saxlanılıblar.

Qəza baş verən əraziyə buraxılmayan ATƏT nümayəndələri missiyalarını yerinə yetirmədən geri dönmək məcbüriyyətində qalıblar.

Belə olan halda ATƏT nümayəndələri tərəfindən növbəti cəhdlərin olub-olmayacağı hələki məlum deyil. Bundan əvvəl də iki dəfə əraziyə baş çəkmək istəyən beynəlxalq ekspertlər uğursuz cəhdə uğrayıblar. Halbuki bir müddət əvvəl Rusiyayönümlü qüvvələr ekspertləri 298 sərnişini həlak olan və uçarkən vurulan təyyarənin qalıqları olduğu yerə buraxmağa hazır olduqlarını bəyan etmişdilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar