Bu viskinin 1 şüşəsi 1 milyon dollardır! – FOTO

Dərc olunub: 16/08/2018 - 18:47

Inspecting-The-Macallan-1926-Valerio-Adami

Bu ilin oktyabrında Şotlandiyada “The Macallan Valerio Adami 1926” adlı viski satışa çıxarılacaq. 750 qramlıq içkinin ilkin satış qiymətinin 900 min funt-sterlinq, yəni 1 milyon dollardan baha olacağı gözlənilir. Ola bilsin ki, satış zamanı qiymət daha da artsın.

“AzPolitika” Qərb mətbuatına istinadla xəbər verir ki, sözügedən viski şüşəsinin bu qədər baha olmasını şərtləndirən bir neçə səbəb var. “The Daily Express” yazır ki, 1926-cı ildən palıd çəlləkdə saxlanılan bu içkini 60 il sonra, yəni 1986-cı ildə çəlləkdən çıxararaq, şüşələrə süzüblər.

Bundan başqa, şüşənin özü çox qiymətli sənət əsəri sayılır. Belə ki, bu viski şüşəsinin dizaynını məşhur avropalı postmodernist rəssam Valerio Adami hazırlayıb. Şüşənin üzərindəki orijinal etiketin üzərində rəssamın şəxsi imzası var.

“The Macallan Valerio Adami 1926” adlı viskini bu qədər qiymətli edən səbəblərdən biri də onun bütün dünyada cəmi 12 ədəd olmasıdır. Və hazırda bu şüşələrdən neçəsinin qaldığı dəqiq bəlli deyil. Belə ki, bu 12 şüşədən birinin Yaponiyada 2011-ci ildə baş verən zəlzələ zamanı itdiyi, yaxud da sındığı güman olunur. Daha bir şüşənin isə sahibi tərəfindən içildiyi ehtimal edilir.

Ancaq “The Macallan Valerio Adami 1926” adlı viski indiyə qədər dünyada ən baha qiymətə satılan spirtli içki deyil. Bu nominasiyada liderlik “D’Amalfi Limoncello Supreme” adlı likyora aiddir. Şüşəsi Styuart Hyuz adlı məşhur dizayner tərəfindən hazırlanan bu içkinin bir ədədi 30.1 milyon dollardır. Onun üzərinə bir ədəd 18.5 karatlıq və 3 ədəd 13 karatlıq brilliant həkk olunub.


loading...




Fikrinizi bildirin