Macarıstan Ukraynanın bir hissəsini «udmaq»la hədələyir! – Kiyev narahatdır…

Dərc olunub: 16/08/2018 - 20:28

l-178481

«AzPolitika.info» Rusiya KİV-nə istinadla xəbər verir ki, Ukrayna hakimiyyəti nəinki öz ölkəsinin ərazi bütövlüyünün qorunmasından, həm də ölkənin sərvətlərinin qorunub saxlanmasından narahatdır.

Son bir neçə ildə Ukrayna prezidenti «işğalçı- təcavüzkar» qismində Rusiyadan qorunur, amma belə çıxır ki, düşmən xeyli yaxında imiş və «hissiyatı» Poroşenkonu aldadıb.

Ukrayna silahlı qüvvələrinin (USQ) generalı, xarici kəşfiyyatın veteranı Vasili Boqlan danışır: «Narahatlıq üçün əsaslar var və həm də bizim yaxın qonşularımıza – Macarıstana, Rumıniyaya və Polşaya yönəlik. Belə ki, rəsmi Budapeşt Zakarpat rayonu məsələləri üzrə nazir vəzifəsi təsis edib və bu nazir rayonun inkişafı məsələləri ilə məşğul olacaq – hətta uşaq bağçalarına qədər!

Birincisi, bu, dövlətin daxili işlərinə qarışmaqdır, ikincisi – suverenliyinə qəsddir, üçüncüsü isə bizim ərazilərimizin üstüörtülü işğalı deməkdir» – deyə, general bəyan edib.

Ukraynanın qərb vilayətlərində yaşayan rumın və macar azlıqları problemi çoxdan rəsmi Kiyevi narahat edir. Buna səbəb isə tarix və coğrafiyadır.

Zakarpatye öz üzərində təsir sferasının bölgüsünü və hazırkı hakimiyyətin silahlı qeyri-sabitliyini hiss edir. 2015-ci ilin yayında millətçilərin daxili işlər naziri Avakovun formal istefası barədə tələbi Mukaçovo şəhərində ağır pulemyotlardan və minaatanlardan istifadə etməklə, atışmalara gətirib çıxardı.

Budapeşt macarların çağırışlarına etiraz olaraq Ukrayna ordusunun Donbasdakı cəza əməliyyatlarına etirazını bildirib və daim xatırladıb ki, səfərbər olunmuş macarların sayı «qeyri-proporsional»dır.

Bukovinin və Zakarpatyenin Ukraynadan qoparılması getdikcə daha aydın görünsə də, Kiyev millətlərarası problemin həlli istiqamətində heç bir istək nümayiş etdirmir. Əksinə, etiraz aksiyaları polis tərəfindən dağıdılır, ictimai fəallar tez-tez Ukrayna təhlükəsizlik şurasına dindirməyə çəkilir, «doğru» dəyərlərin təşviqi üçün Zakarpatye və Çernovitski vilayətlərinə dövri olaraq Ukrayna millətçilərindən ibarət desat qrupları «tullanır», onlar isə rumın və macar «separatçılığı»na qarşı etiraz aksiyaları keçirirlər.

Hazırkı böhranlı vəziyyətdə isə macar və rumın pasportuna sahib olmaq özünün və ailsinin firavanlığı üçün yeganə imkan sayılır.


loading...




Fikrinizi bildirin