ABŞ-da 350-yə yaxın KİV orqanı Trampa qarşı aksiya keçirir

Dərc olunub: 16/08/2018 - 19:05

8d5ad53e-bcf0-407b-a54c-f85a69afea5a_292ABŞ-da 350-yə yaxın kütləvi informasiya vasitəsi orqanı prezident Donald Trampa qarşı və mətbuat azadlığının müdafiəsi naminə etiraz aksiyası keçirir.

“Report” Britaniyanın “The Guardian” qəzetinə istinadən xəbər verir ki, KİV orqanları bu addımı daha əvvəl “KİV xalqın düşmənidir” deyən ABŞ prezidenti Donald Trampa cavab vermək üçün atıblar.

Aksiya “Boston Globe” qəzetinin təşəbbüsü ilə keçirilir.

Aksiyada iştirak edən “The Guardian” qəzeti Trampın mətbuata, eləcə də ayrı-ayrı jurnalistlərə müntəzəm hücumlar etdiyini, KİV-in məlumatlarını “saxta xəbərlər” (fake news) adlandırdığını xatırladıb.


loading...




Fikrinizi bildirin