Bu il Azərbaycanda 29 292 nəfər dünyasını dəyişib

Dərc olunub: 16/08/2018 - 19:26

olum_dead2018-ci ilin birinci yarısında Azərbaycanda 29 292 ölüm halı qeydə alınıb.

Trend-in məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1-dən 6,0-a qədər azalıb.

Qeyd edək ki, göstəricilərə əsasən ölüm halları arasında qan dövranı sistemi xəstəlikləri çoxluq təşkil edir. Daha sonra ölümə səbəb olan əsas hallar yenitörəmələr, tənəffüs sistemi xəstəlikləri, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələri göstərilir.


loading...




Fikrinizi bildirin