“Dirək görüb özlərini saxlaya bilmirlər” - Arınçdan türk sənətçilərinə

Türkiyə baş nazirinin müavini Bülənt Arınçın “qadın qəhqəhə çəkərək gülməməlidir” ifadəsi əməlli-başlı qalmaqala səbəb olub. Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, onun bu açıqlaması Avropa mətbuatının əsas manşet mövzularından birinə çevrilib.

Baş nazirin müavini Bülənt Arınç onun bu fikrinin sərt şəkildə təndiq edilməsinə münasibət bildirib. Onun sözlərinə görə məlum çıxışının düzgün anlaşılmayıb. “Sadəcə qadınlar qəhqəhə çəkib gülməsin kimi bir açıqlama vermişəmsə, ağıldankənar hərəkət etmişəm. Mənim o çıxışın əxlaq qaydaları ilə bağlı idi. Mən bununla bağlı bir saat yarımlıq çıxış etmişəm və bəzi media orqanları onun cüzi hissəsini veriblər”,-deyə B. Arınç söyləyib.

Daha sonra Türkiyə hökumətinin rəsmisi sözlərinin bütün qadınlara aid olmadığını və sözlərindən kişilərə də pay düşdüyünü bildirib. B. Arınç rəsmilikdən kənar və vulqar sayıla biləcək ifadələrə də yol verərək şou-biznes nümayəndələrini də hədəfə alıb:

“Bəzi sənət adamları var ki, qəhqəhə çəkib süni şəkildə gülürlər. Sonra həmin şəkillərini mənə göstərirlər. Gerçək qəhqəhələr insanı rahatlandırır. Amma bunlarınkı sünidir. Ərini tərk edib sevgilisi ilə tətilə çıxanlar, dirək gördükdə özlərini saxlaya bilməyib dirəyə çıxanlar... Belə bir həyatın içində siz ola bilərsiniz. Mən hirslənməkdən çox sizə acıyıram”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar