Azərbaycan nefti ucuzlaşdı – 2,15 dollar/barel

Dərc olunub: 17/08/2018 - 00:29

birjaCIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 71,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,15 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 15-də 70,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,16 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 15-də 67,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,19 dollar/barel azdır. Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə avqustun 15-də 68,87 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,22 dollar/barel azdır.


loading...




Fikrinizi bildirin