"Qarabağ"dan avstriyalılar üzərində əzmkar qələbə

Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasında növbəti oyununu keçirib.

Ağdam təmsilçisi bu gün III təsnifat mərhələsinin ilk oyununa çıxıb.

Qurban Qurbanovun yetirmələri bu mərhələdə Avstriyanın “Zalsburq” klubu ilə üz-üzə gəlib. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.

Gərgin keçən oyun 2:1 hesabı ilə "Qarabağ"ın xeyrinə başa çatıb.

Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyun

30 iyul

“Qarabağ” (Azərbaycan) – “Zalsburq” (Avstriya) - 2:1

Qollar: Danilo Dias, 2; Reynaldo, 86 - Kristian Şveqler, 77

Qırmızı vərəqə: Kristian Şveqler, Admir Teli

Baş hakim: Sergey Boyko

/Apasport.az

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar