"ABŞ Türkiyəni itirə bilməz" - Metyu Brayza

"ABŞ prezidenti Donald Trampın Türkiyəyə qarşı sanksiyalarının genişləndirilməsi planları iki ölkənin münasibətlərində gərginliyin artmasına səbəb olub".

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş müavini Metyu Brayza "Washington Post" qəzetində nəşr olunan məqaləsində bildirib.

"Bu, gözlənilməz və düşmən davranış NATO-dakı müttəfiqə maksimum dərəcədə zərər vurmağa yönəlib", - o, ABŞ-ın Türkiyədən idxal olunan polad və alüminiuma görə gömrük rüsumlarının artırılması məsələsini şərh edərkən bildirib.

M.Brayzanın fikrincə, ABŞ administrasiyasının Türkiyə iqtisadiyyatını darmadağın etmək məqsədi daşıyan qərarları Türkiyə ilə müttəfiqlik münasibətlərindən imtina deməkdir. O, Türkiyədən imtina dəcəyi təqdirdə ABŞ-ın Yaxın Şərqdəki fəallığının azalacağını və koalisiyanın İŞİD-ə qarşı hələ başa çatmayan səylərini təhlükə altına salacağını bildirib.

Eyni zamanda M.Brayza ABŞ və Türkiyə arasında hərbi əməkdaşlıqda tərəfdaşlığın əhəmiyyətini göstərib. O, bu baxımdan İncirlikdəki hərbi bazanın ABŞ-ın ölkə xaricində yerləşən digər hərbi bazalar arasında xüsusi rol oynadığını vurğulayıb.

635x100

Şərhlər

t.ədalət 2018-08-17 12:22:57

ABŞ-ın Türkiyəyə münasibətinin arxasında İsrail var. Türkiyəni zəiflədib regionda terrorçu kürd dövləti yaratmaq istəyirlər.Türkiyəni zəiflətməyin yeganə yolu kimi dollar mühariubəsini seçiblər.Ara qarışdırmaq və dövlətlər arasında intriqa törətməkdən başqa heç nəyə yaramayan yəhudilər bu yolla hər iki tərəfin,yəni türklərin və kürdlərin--müsəlmanların böyük itkilər verəcəyini də planlayırlar.Türtkiyəyə atılan daşlar yəhudilərdən gəlir.Yəhudilərin dostu olmur.

Son yazılar