Mobil operatorlar 7 ayda 495,2 milyon manat qazanıb

2018-ci ilin yanvar-iyul ayları ərzində informasiya və rabitə müəssisələri 1 milyard 023,6 milyon manatlıq xidmət göstərib.

Trend-in məlumatına görə, xidmətin 72,1 faizi əhali tərəfindən istehlak olunub.

2017-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 7,1 faiz artıb, bu sahədə əldə edilən gəlirin 81,2 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 48,4 faizi və ya 495,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

635x100

Şərhlər

çina 2018-08-17 12:37:07

qazanacaqlar da.rusiyadan,ukraynadan 22 dəfə bahadır internet və rabitə.gözlərindən gəlsin!

Hörmətli oxucu! 2018-08-17 12:37:07

Bismillahir-Rəhmanir-Rəhim. Şübhəsiz ki,məqalədəki rəqəmlər çox şeyləri açmır. Yaxşı olar ki,yazsnlar:-Gəlir və mənfəət nə qədərdir; –Vergiyə ödəmələr nə qədərdir?;-İnternetdən gələn gəlir və mənfəət nə qədərdi. O ki, qaldı bu sahədə əldə edilən gəlirin 81,2 faizi qeyri-dövlət sektorunun payına düşüb bu rəqəm çox şübhəlidir?

Son yazılar