“Teleradio” İB-də yeni təyinat

Dərc olunub: 17/08/2018 - 14:03

teleradio_170518İlham Əfəndiyev Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” İstehsalat Birliyinin baş direktor müavini təyin olunub.

Bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.

İ.Əfəndiyev bundan əvvəl Dövlət Radiotezliklər İdarəsinin baş mühəndisi vəzifəsində işləyirdi.

Qeyd edək ki, “Teleradio” İB DVB-T/T2 standartında yerüstü rəqəmsal yayım, DVB-S peyk yayımı, radio və peyk rabitəsini həyata keçirir.


loading...




Fikrinizi bildirin