"Google"dan etiraf - O funksiya söndürüldükdən sonra da...

ABŞ-ın informasiya texnologiyaları nəhəngi - "Google" şirkəti mobil cihazlardakı "Geolokasiya tarixçəsi" funksiyası söndürüldən sonra da fəaliyyət göstərdiyini etiraf edib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, şirkət bununla bağlı açıqlama yayıb.

"Google" bildirib ki, bu funksiya "Axtarış" və "Xəritələr" xidmətlərdən başqa mobil telefonun digər xidmətlərinə təsir göstərmir.

Xatırladaq ki, bundan əvvəl "Google" bildirirdi ki, "Geolokasiya tarixçəsi" funksiyası söndürüldükdən sonra cihazda işini tam dayandırır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar