Əhalinin banklardakı əmanətləri 8 milyard manatı ötüb

2018-ci il iyul ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 8 milyard 109,3 milyon manat təşkil edib.

Trend-in məlumatına görə, əmanətlərin 62,4 faizi xarici, 37,6 faizi isə milli valyutada qoyulub.

Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrunə nisbətən 1,7 dəfə artıb, xarici valyutada əmanətlər isə 0,2 faiz azalıb.

2018-ci il iyul ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 105,6 milyon manat təşkil edib, onun 9 milyard 739,8 milyon manatı uzunmüddətli kreditlər olub.

635x100

Şərhlər

Xudaуar 2018-08-17 15:50:11

Adam saуına 1000 man. belə düşmür. Bunu əhalinin тoplam KAPİТALı deуil, dilənçi ehтiуaтı-əmanəтi adlandırmaq dogru olardı. Həccə gedənin ailəsinin azı bir illik ehтiуaтı olmalıdır. Axı, islam liderləri Qurani-Kərimə də and içirlər?

Son yazılar