“QANUNİ OĞRU”NU HƏBSDƏN BURAXIB, ÖLKƏDƏN QOVACAQLAR - Daxili işlər naziri xüsusi əmr imzaladı

Postsovet məkanının ən nüfuzlu “qanuni oğrularından” biri sayılan “Taro” ləqəbli Tariel Onianinin həbsdən azad edilən kimi ölkədən qovulması ilə bağlı qərar qəbul olunub.

“Azpolitika” Rusiya mətbuatına istinadla bildirir ki, gürcü əsilli kriminal avtoritetin deportasiya olunması ilə bağlı daxili işlər naziri Vladimir Kolokoltsev şəxsən əmr imzalayıb. 2010-cu ildə adam oğurluğu və zorla tələbetmə ittihamları ilə 10 il müddətinə həbsə atılan “Taro”nun bir müddət sonra azad ediləcəyi gözlənilir. Ancaq onun azadlığa çıxmasının kriminal aləmdə böyük qanlı toqquşmalara səbəb olacağına şübhə edənlər çox azdır.

Rusiya mətbuatının “gizlənmiş əjdaha” adlandırdığı və kriminal aləmin ən təcrübəli və sanballı üzvlərindən sayılan T.Onianinin azadlıqda “hesab çürüdəcəyi” şəxslər kifayət qədərdir. Gürcü oğru Rusiya kriminalının “xaç atası” tituluna ən iddialı iki nəfərdən biri sayılır. 18 yaşından həbsxana həyatı yaşayan və artıq 20(!) yaşında “qanuni oğru” adı alan T.Onianinin hazırda 60 yaşı var və o, həyatının təxminən 25 ilini “dörd divar arasında” keçirib. Ancaq azadlıqda olduğu 1989-cu ildən 2006-cı ilə qədərki dövrdə o qədər nüfuz və var-dövlət qazanıb ki, sonradan hətta “Yaponçik” və “Ded Xasan” kimi “bosslarla” kəllə-kəlləyə gələcək gücə sahib olub.

Çoxları Rusiya kriminalında hakimiyyət bölgüsünün aparıcı fiqurlarından birinə çevrilən “Taro”nu həm “Ded Xasan” ləqəbli Aslan Usoyanın (2013-cü il), həm də “Yaponçik” ləqəbli Vyaçeslav İvankovun (2009-cu il) qətlinin sifarişçisi hesab edirlər. Gürcü oğru ilə kriminal aləmin bu iki ağsaqqalının arasında yaranan konfliktin əsas səbəbi isə var-dövlət bölgüsü olub. Belə ki, Rusiya mətbuatının yazdığına görə, İspaniya hökumətinin tələbilə 2006-cı ildə “Taro”nun həbsindən sonra onun Moskvadakı bazar və kazinolarını A.Usoyan ələ keçirməyə çalışıb ki, bu da onun qəzəbinə səbəb olub. “Yaponçik” isə müflis olmuş Moskva banklarının birindən T.Onianiyə çatmalı olan 15 milyon dolları ələ keçirmişdi. Həmin vaxt Oniani İspaniyada olub. Nəticədə hər iki “bossun” aqibəti bəllidir. Əksər müşahidəçilər onların qətlini “Taro”nun ayağına yazsa da, gürcü oğru heç vaxt bunu etiraf etməyib...

Hazırda Rusiya kriminalının böyük maraqla gözlədiyi hadisələrdən biri məhz “Taro”nun azadlığa çıxmasıdır. Onun Usoyanın ölümündən sonra demək olar ki, boş qalan oğru aləminin “taxt-tacına” sahib olması ehtimalı çox böyükdür. Çünki hal-hazırda Rusiyada kriminal ordu demək olar başsız qalıb. Doğrudur, bir çox avtoritetlər 1-ci şəxs kimi “Şakro molodoy” ləqəbli Z.Kalaşovu tanıyırlar. Lakin həbsə göndərilən və çətin ki, tezliklə azadlığa buraxılacaq “Şakro” Usoyanın yerini verə bilmir. Ona görə də “rəhbər” postuna iddialılar ortaya çıxır ki, onların da ən nüfuzlularından biri məhz T.Oniani sayılır.

Görünür, Rusiyanın güc strukturları da T.Onianinin nə dərəcədə təhlükəli olduğunu kriminal ünsürlərdən az bilmir. Elə daxili işlər nazirinin hələ həbsdə olan “gizlənmiş əjdaha”nın azadlığa çıxan kimi deportasiya edilməsilə bağlı indidən əmr verməsi də məhz bu bu təhlükə ilə bağlıdır.

Tahir

635x100

Şərhlər

Qoyko 2018-08-18 00:58:00

Dayanmaq fikriniz yoxdur bu oğru mövzusunu gündəmə atmaq,deyərdim, sarımaq cəhdlərininzdə,əfəndilər?Onsuz da cavanların əksəri oğru romantikası təsiri altındadər.Siz isə "benzin" tökməkdən yorulmaq bilmirsiz sizdə alovlandırdığınız bu oda."Şüyüd oğrusuna" verdiyiniz yerin həcmini yada salın.Guya obyektiv mövqedə durub,cəmiyyətin marağı olan barədə yazırsız. Əslində isə "sözün hansı səda verəcək" haqqında düşünmək gərəkdir!Hər yazıda!Onsuzda itirilib meyarlar: oğullar oğru.... seçimilə üzbə-ü

Son yazılar