Barak Obama məhkəmə qarşısında

ABŞ prezidenti vəzifədən sui-istifadəyə görə mühakimə olunacaq

Səhiyyə sistemindəki islahatlar zamanı vəzifəsindən sui istifadə etməkdə ittiham olunan ABŞ prezidenti Barak Obama məhkəməyə verilir. Məlum olub ki, amerikalı konqressmenlər ABŞ prezidentinin məsuliyyətə cəlb olunması üçün hazırlanan qətnaməni dəstəkləyiblər.

Lakin ABŞ prezidenti respublikaçıların ona qarşı iddia qaldırmasını adi oyun kimi qəbul edir. ANS PRESS-in məlumatına görə, çərşənbə günü baş tutmuş səsvermə zamanı qətnamənin qəbul olunması üçün 225 palata üzvü razılıq versə də onlardan 201-i buna qarşı olub. Qanun layihəsi prezidentin əleyhdarları olan respublikaçılar tərəfindən dəstəklənib və qanunauyğun olaraq onun həmfikirləri olan demokratlar tərəfindən rədd edilib.

Qətnamə qəbul edildiyinə görə, artıq 1 avqustundan etibarən nümayəndələr palatasının vəkilləri prezidentə qarşı qaldırılacaq iddiada lazım olan sənədlərin hazırlanmasına başlaya bilərlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar