«ABŞ Bransonun azad olunması üçün Türkiyəyə haqq ödəməyəcək...» - TRAMP

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarıın (ABŞ) Prezidenti Donald Tramp bəyan edib ki, ölkəsi amerikalı pastor Bransonu satın almayacaq.

«Biz, günahsız insanın azad olunması üçün heç nə ödəməyəcəyik, amma Türkiyəyə yönəlik xərclərimizi azaldacağıq. Uzun müddət Türkiyə öz maraqları üçün ABŞ-dan istifadə edib» - deyə, Tramp öz «Tvitter»ində yazıb.

Amerikalı pastor Endryü Bransonu 2016-cı ilin oktyabrında FETÖ ilə əlaqədə şübhəli qismində həbs ediblər.

Ankara FETÖ-nü terrorçu qruplaşma hesab edir. Branson həm də fəaliyyəti Türkiyədə qadağan olunmuş terrorçu Kürd Fəhlə Partiyasını (PKK) dəstəkləməkdə ittiham olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar