«Çin ordusu ABŞ və müttəfiqlərinə zərbə endirməyi məşq edir» - PENTAQON

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Pentaqon Çindən şübhələnir ki, səmaaltı ölkə öz hərbçilərini Amerika Birləşmiş Ştatlarına (ABŞ) və müttəfiqlərinə zərbə endirməyə hazırlayır.

Bu barədə 2018-ci il üçün Çin silahlı qüvvələri barədə məruzədə söhbət açılır. Məruzə müdafiə nazirliyinin saytında dərc olunub.

«Son üç ildə Çinin silahlı qüvvələri suüstü hərbi əhatə zonasını sürətlə genişləndirib və strateji əhəmiyyətli dəniz rayonlarında belə əməliyyatlar təcrübəsi əldə edib və şübhəsiz ki, silahlı qüvvələri ABŞ-a və müttəfiqlərinə zərbə endirməyə öyrədib» - məruzədən sitat gətirilir.

Pentaqonun bəyanatında deyilir ki, hələlik məlum deyil ki, öz gücünü nümayiş etdirməklə, Çin Vaşinqtona hansı siqnalı göndərmək istəyir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar