Pentaqon Trampın təyyarəsinin interyerinə 34 milyon dollar xərcləyib

Dərc olunub: 18/08/2018 - 00:53

2016012«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Müdafiə Nazirliyi (MN) ABŞ Prezidenti Donald Tramp administrasiyasının iki təyyarəsinin «dəbdəbəli» interyeri üçün 34 milyon dollar vəsait xərcləyib. Həmin təyyarələrdə vitse-prezident Maykl Pens, dövlət katibi Mayk Pompeo, birinci Ledi Melanya Tramp və Trampın özü uçurlar.

Pentaqonun sənədlərinə istinadla, «Defense One» portalının xəbər verdiyi kimi, avqustun 14-də ABŞ hərbi-hava qüvvələri (HHQ) “Boeing” şirkəti ilə 16 milyon dollarlıq kontrakt imzalayıb. Kontraktın şərtlərinə görə, aviasiya korporasiyası hər iki prezident təyyarəsinin (“Boeinq 747″) interyer elementlərini təzələyəcək. Bundan başqa, şirkət təyyarələri rəngləyəcək, salonun əsaslı təmizlənməsini həyata keçirəcək, yeni xalça örtüyü çəkəcək və oturacaqları dəyişdirəcək.

Bundan başqa, portalın xəbərinə görə, ötən ilin yayında Pentaqon prezidentin ehtiyat təyyarəsinin yeni intreyerinə 18 milyon dollar xərcləyib.


loading...




Fikrinizi bildirin