Türkmənistan Xəzər iqtisadi forumuna hazırlıq işlərinə başladı

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov 2019-cu ildə Xəzər iqtisadi forumunun keçirilməsi üçün hazırlıq işlərinə başlamaq tapşırığı verib.

Bu barədə Trend "Neytral Türkmənistan" qəzetinə istinadən məlumat verir.

Dövlət başçısı, həmçinin Xəzərdə təhlükəsizliyin təmini üzrə fəaliyyəti aktivləşdirməyi, o cümlədən dənizdə axtarış-xilasetmə işləri haqqında beştərəfli sazişin hazırlanmasında fəal iştirak etməyi tapşırıb.

B.Berdiməhəmmədov bildirib: "Biz Xəzər dənizində elmi tədqiqatların aparılması haqqında beştərəfli sazişin hazırlanmasında da iştirak etməliyik".

Xatırladaq ki, bundan əvvəl Türkmənistan daimi fəaliyyət göstərən Xəzər iqtisadi forumunun – region ölkələrinin hökumət və işgüzar dairələrinin nümayəndələri üçün xüsusi danışıqlar meydanının yaradılması təşəbbüsü ilə çıxış edib.

Qeyd edək ki, cari ilin payızında Türkmənistanda Xəzər dənizinin hidrometeorologiya üzrə əlaqələndirmə komitəsinin sessiyası keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar