RUSİYA TÜRKİYƏ İLƏ İTTİFAQ İSTƏYİRMİ? – “Gec-tez bu ölkələr yenə toqquşacaqlar”

Prezident Rəcəb Tayyip Ərdoğanın “New-York Times” qəzetinə yazdığı məqalədə çoxmənalı şəkildə “Türkiyə yeni dostlar və müttəfiqlər axtara bilər” deməsi, istər-istəməz ağıllara ilk növbədə Rusiyanı gətirir.

Əslində “pastor Brans ətrafındakı böhran” üzündən ortaya çıxmış bu mövzu heç də yeni deyil. 2016-cı il 15 iyul dövlət çevrlişinə cəhddən sonra, yəni iki ildir k, Türkiyənin Qərbdən imtina edərək öz istiqamətini dəyişib-dəyişməyəcəyi barəsində mübahisələr gedir. İlk baxışda Türkiyənin nəinki ABŞ ilə, həm də Avropa Birliyinin bəzi üzvləri ilə münasibətlərinin korlanması aydın nəzərə çarpır. Bunun əksinə isə Rusiya ilə hissediləcək yaxınlaşma baş verir.

- Rusiyanın Türkiyəyə baxışı

2015-ci il 24 noyabr “təyyarə böhranı” bitdikdən sonra Türkiyə-Rusiya münasibətlərində baş verən yaxşılaşma prosesində konkret tərəqqi var. Tərəflərin barışmasından sonra Tükiyə, Suriyada hərbi əməliyyatlar aparmaq və Rusiya, İran ilə birlikdə Astana prosesində iştrak etmək üçün diplomatik meydana qayıtdı.

Moskvanın böyük önəm verdiyi “Türk axını” və “Akkuyu” atom elektrik stansiyasının tikilməsi layihələrində ciddi addımlar atılıb. Digər tərəfdən isə 2019-cu ildə “S-400” raketlərinin Türkiyəyə çatdırılması istiqamətində razılıq əldə olunub. Bütün bunların hamısı iki ölkə arasındakı siyasi, enerji və hərbi sferada konkret əməkdaşlığın həyata keçirilməsini təsdiq edən mühüm əlamətlərdir.

Ərdoğanın “biz yeni dostlar və müttəfiqlər tapa bilərik” sözündən belə nəticə çıxarmaq olar ki, prezident, adını çəkməsə də, bu sözləriylə Rusiyanı nəzərdə tutur. Türkiyənin ABŞ-dan və Qərb ittifaqından aralana biləcəyi və Moskvaya müraciət edəcəyi haqqında məsələ artıq çoxdandır ki, diskusiya mövzusudur. Lakin Türkiyə və hətta Qərb ictimai fikrində bu diskusiya həmişə Türkiyə nöqteyi-nəzərindən aparılır, amma heç kim praktik olaraq digər tərəfin bu barədə nə düşündüyünü müzakirə etmir. Yəni Rusiya bu cür yaxınlaşmanı istəyirmi?

Belə olan halda sual aydındır: Rusiya Türkiyə ilə bir cəbhədə birləşirmi? Əgər bu suala birbaşa cavab vermək lazımdırsa, onda cavabı belədir: YOX! Bəs nəyə görə yox?

- Ənənəvi düşmən...

Bunu başa düşmək üçün ilk növbədə rusiyalı strateqlərin Türkiyə barəsində düşündükləri fikirlərə diqqət yetirək.

Soyuq müharibə zamanı cəbhələr dəqiq xətlə ayrılmışdı, Moskvanın gözündə Ankara NATO-nun mühafizə zastavası kimi görünürdü. Sovet İttifaqının dağılmasından sonra bu düşüncə dəyişmədi, hətta 1990-cı illər Rusiya öz tarixinin ən uğursuz dövrləindən birini yaşayanda, Türkiyənin Qafqaza və Orta Asiyaya olan ambisiyası iki ölkə arasındakı cidi gərginliyin mənbəyi olmuşdu.

Kremldəki ənənəvi “düşmən Türkiyə” anlayışı Türkiyə Böyük Millət Məclisinin 2003-cü ildə İraqa qarşı qətnaməni rədd etməsinə qədər davam etdi (Həmin qətnamə ABŞ ordusunun Türkiyədə yerləşməsinə icazə verirdi). TBMM-nin gözlənilmədən verdiyi “yox” qərarı ruslarda formalaşmış “Qərb nə istəyir, Türkiyə onu edir” fikrini dağıtdı və eyni zamanda da onların Tükiyəyə qarşı siyasətində mühüm dəyişikliyə gətirdi.

Bu taktiki dəyişikliyin məqsədi heç də Türkiyəni Qərb ittifaqından qoparmaq və onunla bir cəbhədə birləşmək yox, ”düşmən cərgəsindəki” fikir ayrılığından maksimal fayda götürürək, Qərbin regiondakı qalalarında deşik açmaq və beləliklə də Rusiyanı gücləndirməkdir.

- Onlar etiraz etmirlər

Haqlı olaraq növbəti sual yaranır: Nə üçün Rusiya Türkiyəni tamamilə öz tərəfinə çəkmək əvəzinə belə bir oyuna baş vurub?

Bunun bir neçə səbəbi var. Bunlardan başlıcası Rusiyanın hansı dünya nizamını görməsindən qaynaqlanır. Düzdür, Putin elə hərəkət edir ki, guya onun ölkəsi fövqəldövlətdir və elə görünür ki, o, ABŞ-a meydan oxuyur. Əslində isə Rusiya mövcud beynəlxalq nizam qaydasına xüsusi bir etiraz etmir. Strategiyanın bir qismi publika üçün nəzərdə tutulub: “Rusiya əzilən xalqların dostu kimi Amerika imperializminə qarşı çıxış edir”.

Ancaq Rusiya indiki dünya nizamına etiraz etmir, çünki son illər xarici siyasətdə əldə olunan uğurlara baxmayaraq, Rusiyanın bu gün ABŞ-ın öhdəsindən gələ biləcək və yeni yaranacaq dünya nizamının altına çiynini verə biləcək gücü yoxdur. Belə bir şəraitdə regionda tamamilə yeni nizamın yaranmasından və baş verə biləcək xaosa qonşu olmaqdansa, Türkiyə-Qərb gərginliyindən fayda götürmək Rusiyanın maraqlarına daha çox cavab verir.

- Rusiya Türkiyəni necə görmək istəyir?

Daha bir mühüm səbəb: Bütün tarixi boyu regional liderlik uğrunda Türkiyə ilə mübarizə aparan ruslar onları “özününkü” saymayıb, həmişə “yad” kimi qəbul ediblər.

Rusiya Türkiyə ilə hədsiz dərəcədə yaxınlaşmaq istəmir. Ortaq bir tarix, din, dil və mədəni dəyərləri bölüşmədiyi Türkiyə ilə daha çox yaxınlaşmaq, daha doğrusu isə evinin qapısını açmaq istəmir. Rusiyaya nə “qarşı cəbhədə” yer alan, nə də ki, ona hədsiz yaxın olan Türkiyə lazımdır. Rusiya istəyir ki, Türkiyə onun nəzarət edə biləcəyi məsafədə yer tutsun. Bu taktikanın köməyi ilə ruslar eyni zamanda Türkiyə vasitəsilə Qara dənizdə ABŞ-ın mövqeyini zəiflətməyi düşünürlər.

Türkiyəni “kifayət qədər yaxın məsafədə saxlamaq və ona nəzarət etmək” Rusiya üçün mühümdür, çünki onlar hesab edirlər ki, Türkiyə ilə əməkdaşlıq müvəqqəti xarakter daşıyır və ölkələr gec və ya tez regional liderlik uğrunda mübarizədə toqquşacaqlar. Elə bu səbəbdən də Rusiya Ankaranı özünə yaxın məsafədə saxlamaqla onun ambisiyalarını cilovlamağa çalışır.

Bir sözlə, Rusiya özünün Qafqaz, Yaxın Şərq və Orta Asiya ilə bağlı planlarına qarşı şübhə ilə yanaşan bir ölkə ilə eyni cür hərəkət etməkdənsə, NATO üzvü olan, lakin onunla problemlər yaşayan Türkiyəni məqsədləri naminə təcrid edir.

(“Cumhuriyet” qəzeti - Türkiyə)

635x100

Şərhlər

Azərbaycan vətəndaşı 2018-08-18 13:38:20

Hamının fikrinə hörmətlə yanaşsan yaxşı olar ay C.D.Özünü çox bilmiş kimi göstərmək lazım deyil.Ərdoğan hər şeyi yaxşı görür və yaxşı bilir.Kimin Tqrkiyə ilə dost kimin isə düşmən olduğunu türk xalqı səndən qat-qat yaxşı bilir.

Cəmşid Dərələyəzli 2018-08-18 13:38:20

Sadəlöhv olmayın. Türküyə sadece Qərbin və ABD-nin təsirini azaltmaq üçün manevr edir. Türküyə heç bir zaman Pyoturun vəsiyyətini unutmaz və bu səbəbdən də arxasını Rus ayısını çevirməz.

R-n 2018-08-18 13:38:20

ABS bir defe dese ki,Rusiya ile dostluga hazirig,o degige Rusiya mutteaiglerine garshi olacag.Cunki,Azerbaycandaki kimi Rusiyani da aborigenler idare etmir.Onlar hemishe shexsi bizneslerini dovlet maraglarindan ustun tutublar.Rusiyani yehudi-ermeni,Azerbaycani ise .... ..

Cəmşid Dərələyəzli 2018-08-18 13:38:20

Bəlkə də mənim bu növbəti paylaşmam, ilk oxunuşda bəzi dostlar tərəfindən müsbət qarşılanmasın. Lakin unutmayın ki, bu bir gerçək. Tarix 1453. Dünyanın incisi, həm də cənnət bir coğrafiyası sayılan Stanbulun Türklər tərəfindən fet edildiyi tarix. Yüzminlərlə əsgərini şehid vermiş Fetih Sultanın tarixə yazdığı zəfər səlnaməsidir bu tarix.. Hasanların köksünə onlarla oxların batmasına rəğmən, son nəfəsini toplayıb, Türk sancağını Stanbulun kalesinə sancdığı tarixdir 1453. O vaxtdan çox zaman keçib. Altı əsirdən artıqdır ki, bunu həzm etməyən güclər bu coğrafiyanı geri almaq, parçalamaq üçün çaba sərf etməkdədirlər. 20-ci yüz illiyin əvvəllərində həmin güclər ANTANTA adı ilə sırtlan sürüsüdək, yürüdü Türkün üstünə. Yenə yazdı zəfər tarixini, Çanakkale zəfəri ilə Türk milləti. Yetmədi, piyoturlar, imperatorlar vəsiyyət qoyub getdilər öz millətlərinə ki, biz ala bilmədik siz alın Stanbulu dedilər. Bu səbəbdəndir ki, dünyada dəngələr nə qədər dəyişirsə dəyişsin, həmin güclərin Stanbul hədəfləri dəyişməz olaraq qalmaqda davam edir. Məhz bu səbəbdəndir ki, yaxın tarixdə Türk kinosunun möhtəşəm əsəri olan FETİH 1453 filmi yayınlananda, Amerika və Avropa ölkələri bu filmin yayımının dayandırılmasını Türküyədən tələb etdilər. Bütün bunların fonunda, 21-ci yüz illiyin əvvəllərində böyüyən və güclənən Türküyəyə saldırılar artmaqda davam etməkdəddir. Özü də kimlər, ABD başda olmaqla, dünyanın ən böyük gücləri. Demək ki onlar hayla, Türkün kimliyini və nələrə qadir olduğunu öyrənə bilməmişlər. Hansı ki, ikinci dünya savaşında sələfləri Hitlerə Türküyə ilə bağlı fikrini soranlara o cavab vermişdir ki, biz Türküyəyə hücum etməli olsaq hər kəsi öldürməliyik, yoxsa tək bircə Türk qalmış olsa belə, sonradan o dövlət olacaq. Məhz bütün bunlara rəğmən həmin güclər, kin- küdrətlərini qusmaqda davam etməkdədirlər. Ən böyük hədəfləri də, Türküyənin Cümhur Başkanı Sayın Erdoğandır. O şəxs ki, millətinin adamı olub da, BMT-də və digər dövlətlərarası tədbirlərdə açıqca bəyan etdi ki, yetər artıq dünya beşdən ibarət deyil. Hər kəs həddini biləcək. Çoxları buna köks ötürdü və Erdoğanı qınadı.. Lakin, onlar bir şeyi anlamadılar ki, Erdoğan millətinə və artıq böyüyən Türküyəsinə baxıb da bu fikiri səsləndirdi. O Erdoğan ki, Cümhuriyyətin yüz illiyinin sonlarında, Mustafa Kamal Atatürkdən sonra Allahın Türk millətinə bəxş etiyi ikinci bir Liderdir. Nə yazıq ki, belə bir zamanda, yəni Türküyəni parçalamaq və zəif düşürmək üçün, həmin güclərin çaba sərf etdikləri bir dönəmdə, üzdə ana muxalifət olan CHP bütün gücü ilə Türküyənin dış duşmanlarının dəyirmanlarına su tökməkdə devam etməkdədir. Səbəb də nə imiş, əfəndim dövlətə xəyanət edən PYD-nin və ya hansısa bir jurnalistin tutuklanması demokrasiya ziddimiş. Türküyənin varlığının təhdid altında olması dönəmində belələrinin demokrasi peşində olması, tam bir cəfəngiyatlıqdır və bu onların dövlət yanğısından qaynaqlanan bir məsələ də deyildir. Yəni bu hakimiyyət və Erdoğan yanğısından başqa bir şey deyildir. Belə olmasa idi, ABD-nin son iqtisadi basqılarından sonra CHP sözçülərinin Sayın Erdoğanı istefaya çağırmazdılar. Bilənlər bilir, bir Türk olaraq sayın Erdoğanın atdığı addımları dəstəkləmişəm və daima da onun təbliği ilə məşqul olmuşam. Son seçimlərdə, Uca Türk millətinin və həmişə Türküyənin dərin dövləti sandığım və hörmət bəslədiyim MHP və onun Gənəl Başkanı Sayın Bahçelinin atdığı addım və ortaya qoymuş olduğu siyasi iradə, bu məsələdə nə qədər düzgün mövqedə olduğumu ortaya qoymuş oldu. O MHP ki, onun siyasi fəaliyyətinin ana xətti Türk dövlətinin çixarları və Türküyənin ayaqda qalması olmuşdur. Bütün bu tablo isə , Türküyənin taleyinin etibarlı əllərdə olduğunu sübut edir. İnşallah, Türk milləti bu badirələri də adlatmış olacaq. Unutmasın nadanlar, 21-ci yüz illik Türkün Əsridir! Dost da duşman da, bunu böylə bilsin artıq.

Azərbaycan türkü 2018-08-18 13:38:20

Yəqin ki,bu məqaləni yazan FETO-çudur.ABŞ-n və İngiltərənin sifarişini yerinə yetirərək bu yazını yazmışdır.R.T.Ərdoğan bu gün dünyanın siyasət nəhəglərindən biridir.Yəqin ki,o bu məqalənin müəllifindən və şərh yazanlardan çox bilmiş olar.Məqalə müəllifinə və şərh yazanlara bildirmək istəyirəm ki,1920-ci ildə Rusiya Türkiyəyə 500 kg təmənnasız qızıl vermişdir.İnanmayanlar tarixə müraciət edə bilərlər.Əgər ABŞ-n barmağı olmasa hər şey yaxşı olar.Təyyarə məsələsində də ABŞ-n barmağı var idi.

o.b.n 2018-08-18 13:38:20

Kreml əvvəllər Sosialis ölkələrdən özünə qalxan düzətmişdi,indi isə KXDR və tarixi düşmənlərindən Çiindən,İrandan və Türkiyədən özünə bufer ölkə yaradıb,Kremil dostlarından qürbanlıq qoyun kimi istifadə edir,necəki Səddamdan.Özünə olan təziqləri azaldmaq üçün Ş.koreyada,Suriyada problemlər yaradir,onun ən böyük uğuru canlı qüvvəcə NATO-un ikinci böyük üzvü olan Türkiyəni etibarsız müttəfiqə çevirməsidir.O blok kı Türkiyəni Stalinin təcavüzündən xilas etmiş və öz sıralarına qəbul etmişdi.

Bəhram Qarabağlı 2018-08-18 13:38:20

Dogru və düşüncəli mülahizədir. Çarlıgın xəriтəsində Qafqaz və Orтa Asiуa тarixə uуgun Kafkasskaуa Тürkiə və Sredne-Aziaтskiу Тürkiуə gosərilsə də, sonrakı Rusiуa(SSRİ) həqiqi тarixin silinməsinə çalışdırılıb? Gümrü hərbi bazası Тürkiуəni hədəfdə saxlaуır. Müsтəqil Azərbaуcan MDB üzvüdür və on ildir Qərblə тam Kremlin maragına uуgun rəfтar edib. Kreml isə, hələ də arтıq Aİ üzvü Ermənisтana və oradan Qarabag işgalına hərbi dəsтəуini geri çəkmir!?

G.M 2018-08-18 13:38:20

Türkiyənin Fars-Rus dostluğu əbədi ola bilməz.Və dünyagörüşü,Dini nöqtüyi nəzərindən də qeyri mümkündür.ABŞ-ın qorxusundan bu 3 ölkənin bir-birlərinə olan dostluğun da ömrü çox qısadır.Ərdoğanın son dövrlərdəki ``sayıqlamalarına`` aydınlıq gətirildikdən sonra ABŞ -Türkiyə münasibətləri normalaşacaq.ABŞ-ın, Rus-Fars -a olan münasibəti isə bu rejimlər tam çökməyincə aqressiv olacaq.Soyuq müharibələrin davam etməsi Millətlərə əziyyət verəcək.

Abit 2018-08-18 13:38:20

Bu heç vaxt olmayacaq Türkiye gec-tez anlayacaq

t.ədalət 2018-08-18 13:38:20

Bu yazı çox ağıllı birinin fikirləridir.Həqiqətən,Ərdoğan istəsə də,istəməsə də Rusiya Türkiyənin etibarlı dostu ola bilməz.İki dövlət arasında düşmənçilik yüz illərdir davam edir."Kiçik qaynarca" sülh müqaviləsindən sonra Türkiyə Qafqazdan çəkildi və region Rusiya ilə İranın təsir dairəısinə düşdü.Rusiya Türkiyəyə qarşı həmişə yanında Fransanı,İtaliyanı görüb. Bu da onların Rusiyanın əsas müttəfiqi olduğunu təsdiqləyir.Yadınızdadırsa Apo da son anda İtaliyaya sığınmışdı.Onların üçü də anti türk dövlətdi.

Müəllim 2018-08-18 13:38:20

Rusiyanın Türkiyə iləindiki yaxınlaşması simvolik xarakter daşıyır.İndi Rusiya dünyada təklənmədən qorxduğu üçün özünə müttəfiq axtarmağa məcburdur.Amma bir müddətdən sonra ara sakitləşərsə bu müttəfiqlik uzun sürməyəcək.

Vüqar.yeraz 2018-08-18 13:38:20

İlanın.agnada.qarasnada.lenet her.ikiside.türk ve islaml.sevmir putinde.trampda.lenet olsun.ag ilan.amerika qara ilan.rusya

Son yazılar