Əli Əhmədov Türkiyəyə gedib

Dərc olunub: 18/08/2018 - 13:42

c1e78d76-b7fe-4b1b-9e99-34c41bbff95b_292Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi, baş nazirin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə gedib.

“Report” xəbər verir ki, səfərdə məqsəd Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) VI qurultayında iştirak etməkdir.

Nümayəndə heyətinə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov və Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov daxildir.

Qeyd edək ki, bu gün Ankarada Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının VI qurultayı keçirilir. AKP-nin sədri, prezident Rəcəb Tayyib Ərdoğandı.


loading...




Fikrinizi bildirin