“Qarabağ”ın “Şerif”lə ilk oyunu avstriyalı hakimlərə tapşırılıb

Dərc olunub: 18/08/2018 - 14:56

86c47da5-aa32-41ff-b269-e591c8364ded_292“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Moldovada “Şerif”ə qarşı keçirəcəyi ilk oyunun təyinatları açıqlanıb.

“Report” xəbər verir ki, avqustun 23-də Tiraspolda baş tutacaq görüş avstriyalı hakimlərə həvalə olunub. Matçın referisi Harald Lexner olacaq. Ona Andreas Heydenrex, Maksimilian Kolbim və Yulian Veynberger kömək edəcək.

Oyunun hakim-inspektoru ukraynalı Vladimir Petrov, UEFA nümayəndəsi isə finlandiyalı Teuvo Holopainedir.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


loading...




Fikrinizi bildirin