Baş Prokurorluq və Qida Təhlükəsizliyi Agentliyi birgə məlumat yayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb.

Birgə məlumatda deyilir:

"Ölkəmizdə qida təhlükəsizliyinin qorunması istiqamətində atılan addımlardan biri kimi əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyinin daha da artırılması ilə bağlı kompleks tədbirlər həyata keçirilir.

Lakin, bəzi hallarda ictimai iaşə xidmətləri göstərən ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən ciddi qida təhlükəsizliyi qaydalarının pozulması hallarına yol verilir.

Belə ki, avqustun 11-də paytaxtın Nərimanov rayonunda fəaliyyət göstərən “Tonqal” restoranında qida təhlükəsizliyinə və istehlakçıların keyfiyyətli qida məhsulları ilə təmin olunmasına məsul olan vəzifəli şəxs və ya şəxslərin öz xidməti vəzifələrinə laqeyd münasibət göstərməsi nəticəsində 3-ü azyaşlı olmaqla 13 nəfər qidadan zəhərlənərək Klinik Tibbi Mərkəzə və 2 saylı Uşaq Kliniki Xəstəxanasına yerləşdirilmişlər.

Qida Təhlükəsizliyi Agentliyinin yüksək ixtisaslı mütəxəssisləri tərəfindən hadisənin baş verdiyi restoranda aparılmış müvafiq epidemioloji araşdırmalarla bir sıra ciddi qida təhlükəsizliyi qaydalarının pozulması hallarına yol verildiyi müəyyən olunmuş və müayinə aparılması məqsədi ilə ayrı-ayrı qida məhsullarından nümunələr götürülmüşdür.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, insanların zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilmişdir.

Hazırda iş üzrə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.

Qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının pozulmasına yönəlmiş hər növ qanun pozuntularının qarşısının alınması istiqamətində bundan sonra da ən ciddi tədbirlər görüləcəkdir".

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2018-08-18 15:09:09

Prokrorluğu demirəm, Çünki bu onların işi deyil. Qaldı Qida Agentliyinə. Yaxşı olardı, Qida Agentliyi ilk öncə Xaricdən idxal olunan və ölkə içi qida istehsalı ilə məşqul olan şirkətlərə baş vursun. Bu gün xəstəliklər baş alıb gedir. Bacaracaqmı Qida Agentliyi bunu. Bu sahədə Cənab Prezidentin gözləntilərinə cavab verəcəkmi onlar. İnşallah yaşayarıq görərik..

Emin 2018-08-18 15:09:09

5bu restoran bildiyimiz qeder sabiq vergi auditin reisi habil memmedovs mexsusdu cox guman onu soyacaqlar nece ki bir vaxtlar o soyurdu

Bəhram Cəfəri 2018-08-18 15:09:09

Məncə, ilk novbədə idxal olunan qida-ərzaq və mal уemləri nümunələrini aparıcı olkə laboraтoriуalarında уoxlaтmaq gərəkdir. Qarışıq və əridilmiş heуvan уaglarının, duru olmaуan qarışıq biтki уaglarının da idxalına qadaga qoуulmalıdır. Eləcə də büтün qeуri-тəbii, süni-qarışıq əт, уag və süni qida, mal və quş уemlərinin idxalı da daуandırılmalıdır.

Son yazılar