Məşhəddə 6 nəfər edam olundu

İranın Məşhəd şəhərində 6 adam edam edildi.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, həmin şəxslər qrup şəklində oğurluq və qəsb etmək ittihamı ilə edam hökmü almışdı və qərar bu gün reallaşıb.

Məşhəd şəhər prokurorunun müavini Həsən Heydəri yerli mətbuata verdiyi açıqlamada edam edilənlərin ehtiyac sahibi olmadığını vurğulayıb:

“Qrupun başındakı adam əvvəllər zərgərlik edirdi, ona görə çanta ticarəti ilə məşğul olan zərgərləri tanıyırdı. Bu qrup axırıncı dəfə Məşhəd - Tehran arasında səfər edən bir vətəndaşdan 4 kilo qızıl oğurlayıb. Edamlar başqalarının malında gözü olan, cəmiyyətin dincliyini və təhlükəsizliyini pozan şəxslər üçün ibrət olmalıdır”.

635x100

Şərhlər

muellim 2018-08-18 15:37:50

ogurluqa gore edam? mollalar lap gicleyib

Son yazılar