Əhali elektrikə qənaət etməyə başlayıb – RƏSMİ

Azərbaycanda ötən ilə nisbətən 2018-ci ilin 1-ci yarımilində elektrik enerjisinin istehlakı artıb.

Fed.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2017-ci ilin ilk yarımilində elektrik enerjisinin istehlakı 9,4 mlrd kvt saat , 2018-ci ildə isə 9,6 mlrd kvt saat olub.

Bəs bu artım kimin hesabına olub?

İlk növbədə məlum olur ki, əhali bu il elektrik enerjisindən daha qənaətlə istifadə etməyə başlayıb. Belə ki, əhalinin enerji istehlakı ötən ilə nəzərən 6,8% azalaraq 3,4 mlrd kvt saat olub (ötən il 3,65 mlrd kvt saat olmuşdu).

Sənayedə isə enerji istehlakı bu il 7,7% artaraq 3,1 mlrd kvt saat olub.

Ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində də enerji istehlakı 13,5% artaraq 1,04 mlrd kvt saat olub. Eyni zamanda kənd təsərrüfatının enerji istehlakında 35,7% artım olaraq 76 mln kvt saat təşkil edib. Səhiyyə və sosial xidmətlər sahəsində enerji istehlakı 3% artaraq bu il 67 mln kvt saat olub.

635x100

Şərhlər

EWDER 2018-08-18 16:45:49

MOLODES PRIVERDIYE,WEREF ORDENINE LAYIQDI,BOW BOW ,SEVIYYESIZ EMELLERINE GORE...AZINKO YAXWI INKIWAF EDIB...VALLAH GULMELIDI

Son yazılar