Gürcü dənizçilərin olduğu gəmi Afrika sahillərində yoxa çıxıb

Panama bayrağı altında üzən və göyərtəsində 17 gürcüstanlı dənizçinin olduğu Pantelena IMO 9321469 gəmisi ilə 3 gündür əlaqə itib.

Trend-in xəbərinə görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, neft daşıyan gəmi ilə sonuncu dəfə Afrikanın qərb sahillərində Qvineya körfəzində əlaqə yaradılıb.

Hazırda gəminin axtarışları aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar