"Suriya və İraqda antiterror əməliyyatlarını davam edəcəyik" - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin qonşu Suriya və İraqda terrorla mübarizə əməliyyatlarını davam etdirmək niyyətində olduğunu açıqlayıb.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə o, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Ankarada keçirilən VI qurultayında deyib.

"Biz Suriya və İraqda ölkəmizə qarşı olan təhlükələri aradan qaldırmaq niyyətindəyik. Bundan öncə Cerablus, Əl-Bab və Afrində etdiklərimizi biz, sərhədlərimiz boyunca Suruçdan Cizrəyədək də edəcəyik", - deyə R.T.Ərdoğan bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar