Qurban Qurbanov Rəşad Sadıqovu çempionat matçında heyətə daxil etməyib

Dərc olunub: 18/08/2018 - 18:58

42eed275-3fd2-4daa-98ee-51941c51f8a6_292“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın kapitanı Rəşad Sadıqovu Azərbaycan Premyer Liqasının II turunda “Səbail” ilə səfər matçının iştirak ərizəsinə daxil etməyib.

Klubun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, buna səbəb baş məşqçinin 36 yaşlı mərkəz müdafiəçisinı istirahət verməsidir.

Qeyd edək ki, Sadıqov Çempionlar Liqasının III təsnifat mərhələsində Belarus BATE-si ilə oyunlarda buraxılan qollarda (0:1, 1:1) səhvə yol verdiyi üçün azarkeşlərin tənqidi ilə üzləşib.

“Səbail” – “Qarabağ” görüşü saat 18:30-da start götürüb.


loading...




Fikrinizi bildirin