Türkiyə iqtisadi təzyiqlərə görə siyasi kursunu dəyişməyəcək - Ərdoğan

Türkiyə xaricdən olan iqtisadi təzyiqlərə görə öz siyasi kursunu dəyişməyəcək.Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının VI Qurultayında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib: "Türkiyənin düşmənləri bizə qarşı iqtisadi təzyiq vasitələrindən istifadə edirlər. Lakin bizim ölkəmiz kursu dəyişmək niyyətində deyil. Bizi çökdürə bilmədilər, bundan sonra da bacarmayacaqlar".

Qeyd edək ki, ABŞ Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib. Buna səbəb kimi Türkiyədə həbsdə olan amerikalı rahib Endryu Kreyq Bransonun azadlığa buraxılmaması göstərilir.

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2018-08-18 20:17:34

Bəlkə də mənim bu növbəti paylaşmam, ilk oxunuşda bəzi dostlar tərəfindən müsbət qarşılanmasın. Lakin unutmayın ki, bu bir gerçək. Tarix 1453. Dünyanın incisi, həm də cənnət bir coğrafiyası sayılan Stanbulun Türklər tərəfindən fet edildiyi tarix. Yüzminlərlə əsgərini şehid vermiş Fetih Sultanın tarixə yazdığı zəfər səlnaməsidir bu tarix.. Hasanların köksünə onlarla oxların batmasına rəğmən, son nəfəsini toplayıb, Türk sancağını Stanbulun kalesinə sancdığı tarixdir 1453. O vaxtdan çox zaman keçib. Altı əsirdən artıqdır ki, bunu həzm etməyən güclər bu coğrafiyanı geri almaq, parçalamaq üçün çaba sərf etməkdədirlər. 20-ci yüz illiyin əvvəllərində həmin güclər ANTANTA adı ilə sırtlan sürüsüdək, yürüdü Türkün üstünə. Yenə yazdı zəfər tarixini, Çanakkale zəfəri ilə Türk milləti. Yetmədi, piyoturlar, imperatorlar vəsiyyət qoyub getdilər öz millətlərinə ki, biz ala bilmədik siz alın Stanbulu dedilər. Bu səbəbdəndir ki, dünyada dəngələr nə qədər dəyişirsə dəyişsin, həmin güclərin Stanbul hədəfləri dəyişməz olaraq qalmaqda davam edir. Məhz bu səbəbdəndir ki, yaxın tarixdə Türk kinosunun möhtəşəm əsəri olan FETİH 1453 filmi yayınlananda, Amerika və Avropa ölkələri bu filmin yayımının dayandırılmasını Türküyədən tələb etdilər. Bütün bunların fonunda, 21-ci yüz illiyin əvvəllərində böyüyən və güclənən Türküyəyə saldırılar artmaqda davam etməkdəddir. Özü də kimlər, ABD başda olmaqla, dünyanın ən böyük gücləri. Demək ki onlar hayla, Türkün kimliyini və nələrə qadir olduğunu öyrənə bilməmişlər. Hansı ki, ikinci dünya savaşında sələfləri Hitlerə Türküyə ilə bağlı fikrini soranlara o cavab vermişdir ki, biz Türküyəyə hücum etməli olsaq hər kəsi öldürməliyik, yoxsa tək bircə Türk qalmış olsa belə, sonradan o dövlət olacaq. Məhz bütün bunlara rəğmən həmin güclər, kin- küdrətlərini qusmaqda davam etməkdədirlər. Ən böyük hədəfləri də, Türküyənin Cümhur Başkanı Sayın Erdoğandır. O şəxs ki, millətinin adamı olub da, BMT-də və digər dövlətlərarası tədbirlərdə açıqca bəyan etdi ki, yetər artıq dünya beşdən ibarət deyil. Hər kəs həddini biləcək. Çoxları buna köks ötürdü və Erdoğanı qınadı.. Lakin, onlar bir şeyi anlamadılar ki, Erdoğan millətinə və artıq böyüyən Türküyəsinə baxıb da bu fikiri səsləndirdi. O Erdoğan ki, Cümhuriyyətin yüz illiyinin sonlarında, Mustafa Kamal Atatürkdən sonra allahın Türk millətinə bəxş etiyi ikinci bir Liderdir. Nə yazıq ki, belə bir zamanda, yəni Türküyəni parçalamaq və zəif düşürmək üçün, həmin güclərin çaba sərf etdikləri bir dönəmdə, üzdə ana muxalifət olan CHP bütün gücü ilə Türküyənin dış duşmanlarının dəyirmanlarına su tökməkdə devam etməkdədir. Səbəb də nə imiş, əfəndim dövlətə xəyanət edən PYD-nin və ya hansısa bir jurnalistin tutuklanması demokrasiya ziddimiş. Türküyənin varlığının təhdid altında olması dönəmində belələrinin demokrasi peşində olması, tam bir cəfəngiyatlıqdır və bu onların dövlət yanğısından qaynaqlanan bir məsələ də deyildir. Yəni bu hakimiyyət və Erdoğan yanğısından başqa bir şey deyildir. Belə olmasa idi, ABD-nin son iqtisadi basqılarından sonra CHP sözçülərinin Sayın Erdoğanı istefaya çağırmazdılar. Bilənlər bilir, bir Türk olaraq sayın Erdoğanın atdığı addımları dəstəkləmişəm və daima da onun təbliği ilə məşqul olmuşam. Son seçimlərdə, Uca Türk millətinin və həmişə Türküyənin dərin dövləti sandığım və hörmət bəslədiyim MHP və onun Gənəl Başkanı Sayın Bahçelinin atdığı addım və ortaya qoymuş olduğu siyasi iradə, bu məsələdə nə qədər düzgün mövqedə olduğumu ortaya qoymuş oldu. O MHP ki, onun siyasi fəaliyyətinin ana xətti Türk dövlətinin çixarları və Türküyənin ayaqda qalması olmuşdur. Bütün bu tablo isə , Türküyənin taleyinin etibarlı əllərdə olduğunu sübut edir. İnşallah, Türk milləti bu badirələri də adlatmış olacaq. Unutmasın nadanlar, 21-ci yüz illik Türkün Əsridir! Dost da duşman da, bunu böylə bilsin artıq.

Son yazılar