Ərdoğan "Kanal İstanbul" layihəsinin reallaşdırılmasına hazır olduqlarını bildirib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsi Qara və Mərmərə dənizləri birləşdirəcək "Kanal İstanbul" layihəsinin reallaşdırılmasına hazırdır.

"Report" xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

"Bu, Türkiyə tarixində strateji əhəmiyyət kəsb edən ən mühüm layihədir. Biz onu həyata keçirməyə hazırıq", Ərdoğan bildirib.

Onun sözlərinə görə, kanalın uzunluğu 43 km təşkil edəcək və onu ətrafında iki yeni şəhər salınacaq. Lakin Türkiyə prezidenti kanalın tikintisi ilə bağlı konkret müddət açıqlamayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar