Ermənilər 7 rayonumuzu atəşə tutdu

cebhe_xetti_ateshkesMüdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 96 dəfə pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Əlibəyli kəndlərində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.

Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şuraabad, Baş Qərvənd, Şıxlar, Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Horadiz, Qorqan, Tərtər rayonunun Çiləbürt, Çaylı, Qızıl Oba, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

- See more at: http://axar.az/news/25330#sthash.hrNqbkyG.dpuf

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar