Trampın məxfi məlumatlara girişi qadağan etmək hüququ alına bilər - Obyektiv olmadığına görə

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq direktoru Con Brennanın məxfi məlumatlara giriş hüququ geri alınandan sonra, Senatda Prezident Donald Trampın təkbaşına belə qərarlar vermək imkanlarının məhdudlaşdırılması barədə ciddi düşünməyə başlayıblar.

Bu istiqamətdə konstitusiyaya uyğun düzəliş etmək təklifilə kəşfiyyat üzrə Senat komitəsinin sədr müavini, Virciniya ştatının eks-qubernatoru, demokrat Mark Uorner çıxış edib. Artıq gələn həftə o, təşəbbüsü baxılmaq üçün ABŞ Konqresinə göndərəcək.

Uornerin fikrincə, Tramp qeyri-obyektiv hərəkət edir və yalnız onun fəaliyyətindən narazı olanları cəzalandırır.

«Gələn həftə mən, əlavəni təqdim edəcəm. O, prezidenti tənqidçiləri cəzalandırmaq və onları məxfi materiallara giriş hüququnun geri çağırılması ilə qorxutmaq imkanından məhrum edəcək» - deyə, Uorner öz «Tvitter»ində yazıb.

Bundan əvvəl Tramp Brennanın məxfi materiallara giriş hüququnu geri çağırıb, çünki o, Trampın obyektivliyini və reputasiyasını sual altına alıb. Bunun ardınca, Ağ Evin mətbuat katibi Sara Sanders bəyan edib ki, Prezident analoji tədbiri Federal Təhqiqat Bürosunun (FTB) sabiq başçısı Ceyms Komi, ABŞ milli kəşfiyyatının sabiq direktoru Ceyms Klepper və bir qrup digər şəxslər barədə də görməyi düşünür.

Özünü müdafiə etmək üçün məsələnin bu cür qoyuluşu isə ümumilikdə, ABŞ kəşfiyyat sisteminin obyektivliyni və kompetentliyini şübhə altına almaqdan başqa bir şey deyil.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar