İran turistlərin pasportlarına möhür vurmağı ləğv edir
Baxiş sayı:
Dərc olunub:
19/08/2018 - 18:00
İran hökuməti xarici turistlərin pasportlarına ölkəyə giriş və çıxış zamanı möhür vurulmasını ləğv etmək niyyətindədir.
"Report" "Mehr" nəşrinə istinadən xəbər verir ki, bu tədbirlər ABŞ-ın İslam Respublikasına qarşı tətbiq etdiyi sanksiyalarla əlaqədardır.
Bildirilir ki, İran hökuməti xarici turistləri bu tədbirlərin köməkliyi ilə "hər hansı bir əndişə"dən azad etmək niyyətindədir.
Bu təşəbbüs artıq İranın Xarici İşlər Nazirliyi, həmçinin Sənaye və Ticarət Nazirliyi tərəfindən bəyənilib.
Son yazılar
13:33
Ermənilər Azərbaycanla delimitasiyaya etiraz olaraq bir neçə avtomobil yolunu bağlayıb - VİDEO
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.