Azərbaycanlı “qanuni oğru” Ukraynada saxlanıldı - FOTO

Ukraynada Kiyev vilayətinin polisləri “Dato Ağcabədili” ləqəbli “qanuni oğrunu” saxlayıblar.

Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin rəis müavini Vyaçelsav Abroskin məlumat verib.

Onun sözlərinə görə, dünən axşam Kiyev polisinin əməkdaşları 1985-ci il təvəllüdlü “Dato Ağcabədili” ləqəbli Məmmədov Cavid İltizam oğlu saxlanılıb:

“Bu “turist” əvvəllər də Kiyev, mayda isə Lvov polisi tərəfindən saxlanılmış və barəsində üç il gəlişinə qadağa qoyulmaqla, Ukrayna ərazisindən deportasiya haqqında qərar çıxarılmışdı”.

O əlavə edib ki, Ukraynada digər “qanuni oğrular” da var və polis onları ölkədən çıxarmaq üçün əlindən gələni edəcək.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar