“PROSESİN HARA GETDİYİNİ ANLAYIRIQ...” - "Ərazimizdə hərbi hissə olmamalıdır"

Kütləvi İnformasiya Vasitələrində ötən həftənin ən çox müzakirə olunan məsələlərindən biri Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvülük məsələsi oldu.

Hakimiyyət komandasında KTMT-ə daxil olmaqla bağlı müsbət fikirlərin səslənməsi, bu məsələ ətrafında yenidən müzakirələrə səbəb oldu. Beləliklə indi bir çoxları “KTMT Azərbaycana nə verə bilər” sualına cavab verməyə çalışır.

Biz də elə bu və başqa suallarla deputat Vahid Əhmədova üz tutduq. Vahid Əhmədov deyir ki, Azərbaycanın Kollektiv Təhlükəsizlik Təşkilatına üzv olması ölkəyə heç nə verə bilməz. Əgər əvvəlcədən müəyyən şərtlər həyata keçirilərsə, bu məsələyə baxmaq olar.

Şərtlərin nədən ibarət olmasına gəlincə, Vahid Əhmədov vurğulayır ki, birinci növbədə Azərbaycan Kollektiv Təhlükəsizlik Təşkilatına üzv olana qədər Dağlıq Qarabağ problemi öz həllini tapmalıdır: “Söhbət yalnız 7 rayonunun qaytarılmasından getmir, ümumiyyətlə, Dağlıq Qarabağın statusu müəyyənləşməlidir. İkinci, müstəqil dövlət olduğumuzdan ərazimizdə hər hansı hərbi hissə olmamalıdır. Biz buna imkan verə bilmərik. Çünki Azərbaycanın müstəqilliyinin əsasında bu amil dayanır.

Azərbaycan dövlət başçısının da mövqeyi belədir. Həmişə o, müstəqilliyi ön plana çıxarıb. Amma Azərbaycanda hər hansı dövlətin ordusu yerləşdirilərsə, bu, müstəqilliyə böyük təhlükə yarada bilər. Üçüncü, Azərbaycan Avropaya inteqrasiya xəttini götürüb, NATO ilə əməkdaşlıqla paralel balans siyasəti aparır. Sabah Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olsaq, balans siyasətini yeridə bilməyəcəyik. Təhdid və təzyiqlər ola bilər, bu məqamlar nəzərə alınmalıdır”.

Deputat deyir ki, 1992-ci ildə, keçmiş prezident Elçibəyin hakimiyyəti zamanı Rusiya ordusu Azərbaycandan çıxarılanda çox çətinlik yaşanıb: “Əbülfəz Elçibəyin ən böyük xidmətlərindən biri Rusiya ordusunu Azərbaycandan çıxartması oldu. Bu, müstəqillik üçün vacib şərtlərdən biridir. Başqa bir məsələ, ölkənin daxili işlərinə müdaxilə etmək olmaz.”

Vahid Əhmədovun sözlərinə görə, siyasətçilər danışanda dərindən düşünməlidir: “Mən həmişə demişəm, yenə fikrimdə qalıram ki, Rusiya Azərbaycanın strateji müttəfiqidir, əhəmiyyətli dövlətdir. Prezidentlər səviyyəsində bu əlaqələr qurulub, iqtisadi-humanitar və siyasi əlaqələr də davam etdirilməlidir. Ancaq bunu dərinləşdirib hərbi məsələlər səviyyəsinə çıxartmağa ehtiyac yoxdur, çünki müstəqilliyimə müəyyən xələl gətirə bilər”.

“ Hakimiyyət daxilində bu quruma üzvlüklə bağlı müsbət fikirlərin səslənməsi bu komandada xarici siyasətlə bağlı fikir ayrılığının olduğunu deməyə əsas verirmi” sualına deputatın cavabı belə oldu:

“Onu deyə bilmərəm...Mən bir daha təkrar edirəm, yuxarıdakı şərtlərimiz qəbul olunandan sonra bu məsələni müzakirə etmək mümkündür. Amma dediklərim gerçəkləşməsə, bunlar mümkünsüzdür. Fikir verin, Xəzərin statusu müəyyən qədər həll olunandan sonra Rusiya müdafiə naziri Şoyqu Dağıstanda dənizdə hərbiləşdirmə məsələsinə toxundu. Yəni prosesin hara getdiyini hiss edir və anlayırıq. Mən şəxsən müstəqilliyə səs vermiş insan kimi fərqli düşünürəm. Dövlət başçımız da hər bir çıxışında müstəqilliyin əbədi olacağını vurğulayır. Bu baxımdan onun müstəqilliyə xələl gətirəcək addıma gedilməyəcəyinə arxayınam”.

Xatırlatma

Müstəqil Dövlətlər Birliyinə daxil olan bəzi ölkələr 1992-ci ilin mayında KTMT-nin əsasını qoyublar. Bu quruma Rusiyadan başqa, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

Müstəqil Dövlətlər Birliyi (MDB) isə 1991-ci ildə SSRİ-nin süqutu ilə yaradilıb. Azərbaycan MDB-nin üzvüdür. (azadliq.org)

635x100

Şərhlər

Vahid müəllimə 2018-08-19 19:06:23

Azərbaycan onsuz da özü-özünü 5-ci kolonu yuxarıda yerləşdirməklə tora salıb.Rusiynın Azərbaycanın indiki (28 il sonra ) yuxarı eşalonda olan Azərbaycanın yüksək vəzifəlilərinə orden medal verməsi bunu sübut etmirmi? Bu adamlar bu 28 ildə Rusiya üçün nə ediblər ki, belə yüksək mükafatlandırılırlar? Bir bunu düşünən varmı? Vahid müəllim Rus ordusu elə bil yanınızdadır.....

TARİX 2018-08-19 19:06:23

ÜMUM MİLLİ LİDERİMİZ H.ƏLİYEV DEMİŞDİR-AZƏRBAYCANIN MÜSTƏQİLLİYİ DÖNMƏZDİR,ƏBƏDİDİR.RUS ORDUSUNUN HƏR HANSI FORMATDA AZƏRBAYCAN QAYDIŞI MÜSTƏQİLLİYİMİZƏ QARŞI XƏYANƏTDİR ,QƏBUL EDİLMƏZDİR.BU MƏSƏLƏNİ QALDIRANLAR RUSİYANIN AZƏRBAYCANDAKI 5-Cİ KOLONUDUR.İNŞALLAH ARZULARI GÖZLƏRİNDƏ QALACAQ.NƏ TEZ XOCALINI,20-YANVARI,QARABAĞI VƏ S.BAŞIMIZA GƏTİRİLƏN RUS BƏLALARINI UNUDURSUNUZ CƏNABLAR.

S.H. 2018-08-19 19:06:23

Size cox hotmetim var. Belke de MMetbextde xalqi fikirlesen yegane adamsiz.... amma ozunuz de bilirsiz ki, bu meseleye he demek ucun hal hazirda imekleme emri verilib. Beli, biz hec bir sertsiz bu muqavileye qosulacaqiq. Bizden sorusan kimdi? Butun basqa meseleler kimi.. hele ermeni qohumlarimizla qol boyun da olacaqiq... proses oz helline baslayib! Yalandan camaatin qulaqin boldurmaq lazim deyil. Mehv olmus bir xalqin neyinden xeber alacaqlar ki? Qaradaq Muxtariyyetsiz Azerbaycan Torpaqidir! Ne Muxtar?!

Merdan 2018-08-19 19:06:23

Sovet vaxtında Ağdamda iki böyük herbi hisse var idi. Formal olaraq bu herbi hisseler merkeze tabe olsalarda icra hakimiyyetleri ve Axc nin yerli teşkilatları ile temasda idiler. Qarabağın mühasirede olan Azerbaycan kendlerine erzağın ve diger şeylerin daşınmasında yaxından iştirak edirdiler.

t.ədalət 2018-08-19 19:06:23

KTMT məsələsi Azərbaycanın müstəqilliyinin sonu deməkdir.Rusiya bu yolla Azərbaycanı tora salmaq,Azərbaycan ərazilərinə rus qoşununu yeritmək,işğal altındakı əraziləri həmişəlik ermənilərə vermək və Azərbaycan əsgərlərini sovetlər dövründə oluğu kimi ayrı-ayrı müharibə zonalarına aparıb məhv etməkdir.Nə yaxşı ABŞ var.Rusiyanın bu sərsəm xəyallarının gerçəkləşməsinə,yəqin ki o imkan verməz.Bəzi məmurlarımız, təəssüf ki nicat yeri kimi erməni-rus birliyinə boylanırlar..

G.M 2018-08-19 19:06:23

V.Əhmədov olduqca ehtiyatlı siyasətçdir.Özü də bilir ki,Rus ordusunu Azərbaycandan Moskvadakı erməni lobbisi çıxardıb.Ki,Qarabağda yerləşən rus orduları qarşı-qarşıya dayanmasın.Elçibəyin elə bir imkanı var idisə,erməni ordusunu da Qarabağın bir rayonundan çıxaraydı.İkincisi də Azərbaycanda hərbi kontigentlərin yerləşdirilməsinə ehtiyac yoxdur.İstənilən halda rus silahlı birləşmələri Azərbaycanda mövcud ola bilər .Və biz ``mıq`` eliyə bilmərik.

TARİX 2018-08-19 19:06:23

OTO FON BİSMARK YAZİRDI-RUSİYA ELƏ BİR DÖVLƏTDİR Kİ,ONUNLA BAĞLANMIŞ MÜQAVİLƏ KAĞIZİN QİYMƏTİNƏ DƏYMƏZ.RUSİYA BUNU UKRAYNAYA QARŞI ETDİYİ İŞĞALLA SÜBUT ETDİ.UKRAYNANI NÜVƏ SİLAHININ LƏĞVİNƏ RAZI SALMAQ ÜCÜN RUSİYA,ABŞ,İNGİLTƏRƏ ONUN ƏRAZİ BÜTÖVLÜYÜNN QARANT OLDUĞU HAQDA MÜQAVİLƏ BAĞLAMIŞDILAR.NƏTİCƏSİ HAMIYA MƏLUMDUR.QARANT RUSİYA UKRAYNANIN 20 FAİZİNİ İŞĞAL EDİB.RUSİYA İLƏ BAĞLI HEC KİM İLYUZİYA QAPANMAMALIDIR.

Son yazılar