AZƏRBAYCANDA BENZİN BAHALAŞIB! - “Premium” və “Super” markalı benzinlərin qiyməti artdı

Azərbaycanda “Premium Euro-95” və “Super Euro-98” markalı yanacağın qiyməti qalxıb.

“Report” xəbər verir ki, yeni tariflərə əsasən, “Premium Euro-95”in satış qiyməti 1,50 manat, “Super Euro-98” markalı benzinin qiyməti isə 1,60 manat olub.

Hazırda ölkəyə idxal olunan “Premium Euro-95” markalı avtomobil benzininin hər litri hazırda orta hesabla, təxminən, 1.35-1.4 AZN-ə başa gəlir. Araşdırmalar yanacaqdoldurma məntəqələrində bu markalı benzinin hər litrinin 1.25 AZN-ə satılması məhsulun idxal qiymətinin satış qiymətindən daha yüksək olduğunu aydın göstərir. Oxşar vəziyyət keçmiş müddətdə “Super Euro-98” markalı avtomobil benzinində də müşahidə olunurdu.

Müqayisə üçün bildirək ki, qonşu ölkələrdən Gürcüstan Respublikasında 95 oktanlı avtomobil benzinin satış qiyməti 1.03 ABŞ dolları, yəni 1.75 AZN, 98 oktanlı benzinin satış qiyməti 1.07 ABŞ dolları, yəni 1.82 AZN, Türkiyədə isə müvafiq olaraq, 1.14 ABŞ dolları, yəni 1.94 AZN və 1.18 ABŞ dolları, 2.0 AZN təşkil edir. Ukrayna Respublikasında bu növdə avtomobil benzinlərinin satış qiyməti müvafiq olaraq, 1.18 ABŞ dolları, yəni 2.0 AZN və 1.22 ABŞ dolları, yəni 2.07 AZN civarındadır. Vacib məqam bundan ibarətdir ki, qonşu Gürcüstan Respublikasında da bizdə olduğu kimi, adı çəkilən neft məhsulları istehsal edilmir və tələbat dünya bazarından idxal hesabına ödənilir.

635x100

Şərhlər

seymur 2018-08-19 23:11:22

mashin alan benzinde alacak

-- 2018-08-19 23:11:22

Haramları olsun, burunlarından gəlsin.

pensioner 2018-08-19 23:11:22

Heç yerdə adı çəkilən benzinlərin xaricdən neçəyə alındığı bildirilmir.Alış qiymətləri də dövlət sirridir?

Yengibar 2018-08-19 23:11:22

Yenə xalqın nəbzi (əgər hələ də vurursa) yoxlanılır, çox kiçik bir zümrə, əsasən də haram xiridarları 95-98 işlədir.Onlar üçün fərqi yoxdur, internetə ondan da çox pul verirlər. Azarları pul xərcləməkdir. Sabah Tarifə xala çıxış edəcək ki, bəs ədalətsizlikdir, birisi 90 qəpiyə benzin alır, birisi 1 manat 50 qəpiyə. Ona görə də 92 benzinin qiyməti 1 manat 20 qəpik olmalıdır. Və, tezliklə olacaqdır!

MƏMMƏDOV HƏSƏN 2018-08-19 23:11:22

Əla, əla dozumlu xalqıq biz

S.H. 2018-08-19 23:11:22

Yeni bir teklif:-----Azerbaycanin adini dunyada olub mehv olmus bir xalqinin adinin yanina yazmaq lazimdi. Latin xalqinin. Belke onda bizi bir xalq olaraq taniyalar. Tox ele biler hami toxdur. Benzin nedi ki, bu hele medalin gorunen terefidir. Indi qisa doqru siyahi imeklemeye, yox baqislayin, irelilemeye baslayacaq. Adi da qoyulacaq dunya standarti! Bir gun ise bu xalq sefaletden yer uzunden Silinecek! Ses salma yatanlar oyanar, qoy hele yatsin! Yatmislari razi deyilik kimse Oyatsin! Hokumetin mahnisi

G.M 2018-08-19 23:11:22

Metro,Avtobus....işıq,su,qaz bahalaşdı..İndi də Benizin bahalaşdı.Deyin indi nə etmək lazımdır)))).....çox fikirləşməyin onsuzda xeyiri yoxdu. Deməli belə lazımmış.Hamı quzubalası kimi başını aşağı salıb,həyatını davam etdirməlidir.Hər kəs layiq olduğunu yaşamağa məhkumdur. Yaşaya bilmirsən xoş getdin o birisi dünyaya.

Bisavad 2018-08-19 23:11:22

Sizdən xahiş edirəm ki, xarici ölkələrdəki qiymətləri yazanda həmin ölkələrdəki minimum əmək haqqını da yazın və xüsusi diaqramda göstərin.

Abit 2018-08-19 23:11:22

Allah xeyir vermesin,

Hacıveli 2018-08-19 23:11:22

Mene Gürcüstandan,Ukraynadan danışmayın. Onların bu andıra qalmış nefti yoxdur. Neftayırma zavodunu Türkiyede tikmek ,sonrada xaricden idxal etmek hansı iqtisadi meyara aiddir? Yanacağın qiymetinin qalxması diger dolanışıq mallarının da qiymetinin qalxması demekdir axı...

Qoca Molla 2018-08-19 23:11:22

Millətə minnət qoya qoya artırırlar, hazırlaşın növbədə çörəkdir

Akif 2018-08-19 23:11:22

Müstəqil ekspertlər nəqliyyatda gediş haqlarının 50 faiz bahalaşanda yanacağın da bahalaşacağını bildirmişdilər.Hakimiyyət canavar qoyun sürüsünə hücum edən kimi xalqın üzərinə hücuma keçib....

t.ədalət 2018-08-19 23:11:22

Adı çəkilən benzin dünya bazarından deyil,bizim özümüzün Rumıniyada fəaliyyət göstərən zavodumuzdan gətirilir.Axı nə vacibdir ki,xam nefti Rumıniyaya aparıb orda istehsal edir,yenidən Azərbaycan YDM-lərinə daşıyırıq?Ola bilməz ki,o zavodun özünü Bakıya gətirək?Görünür, əsas səbəb benzinin uzaqdan daşınması deyil, ölkədə yaranmış iqtisadi geriliyi hansısa "işbazın" təklif etdiyi qiymət artımı hesabına aradan qaldırmaq istəyirlər.Bu yol uğursuzluğa aparacaq..Vaxtında iqtisadi islahatlar keçirmək lazımdır.

Oqtay 2018-08-19 23:11:22

Təbriklər . Bizi artıq heçnə təəcübləndirə bilməz

miri 2018-08-19 23:11:22

Deyəsən bütün qərarları bir nəfər verir. Sadəcə olaraq həm tarif şurası qərarı (?) görüntüsünün yaradılması və bu qərarın(?) elan olunması yaddan çıxıb.

Məmməd 2018-08-19 23:11:22

1.Türk lirəsinin dəyərdən düşməsinə görə SÖKAR ziyana düşüb. O ziyanı biz, Qəhrəman Azərbaycan Xalqı ödəməlidir.

Məmməd 2018-08-19 23:11:22

Neft və qaz xalqa məxsusdur ! Bəs görəsən xalq bunu öz-özünə niyə belə baha satır?

Son yazılar